Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda XXV Beynəlxalq “Caspian Oil and Gas” konfransı işə başlayıb

30.05.2018 [17:01]

Xəbərin mətni
Konfransın “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasının moderatoru “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə üzrə nazirliklərin nümayəndələrini və nüfuzlu ekspertləri vahid müzakirə ətrafında bir araya gətirən neft-qaz konfransının bu sənaye sahəsinin inkişafına dair aktual məsələlər haqqında fikir mübadiləsi üçün yaxşı imkan yaratdığını deyib.