Sofiyada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
01.06.2018 [17:00]
Xəbərin mətni
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Sofiyada Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində səfir Nərgiz Qurbanova “AXC-nin yaradılması və 1991-ci ildə müstəqilliyin yenidən bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilib.