Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin ikinci panel iclası iqtisadi azadlıqlar mövzusuna həsr edilib

09.06.2018 [15:56]

Xəbərin mətni
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda çıxış edərək ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. O deyib ki, bu ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul 1,2 faiz artıb. Ölkədə əsas diqqət qeyri-neft sektoru üzrə ixraca yönəlib. Ümumi ixrac 16 faiz, qeyri-neft ixracı isə 19,3 faiz artıb.