RƏSMİ


Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Nikolay Yankov fəxri qarovul dəstəsinin qarşısından keçdi. Nikolay Yankov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.