Azərbaycan Dövlət İnformasiya Agentliyi

Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib

13.06.2018 [16:06]

Xəbərin mətni
Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152-mm toplardan döyüş atışlı məşqlər keçirib. Təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI