CƏMİYYƏT


Siyəzəndə torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin uçotu aparılıb

“Siyəzən rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda keçirilən təqdimatda komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak edib. Tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Siyəzən rayonunun bələdiyyə, relyef, meyillilik xəritələri, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirilib.