RƏSMİ


Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı və Türkiyənin müdafiə naziri Nurettin Caniklini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyədə keçirilən seçkilər nəticəsində Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı təbriklərini çatdıraraq qeyd etdi ki, bu, Türkiyə Prezidentinin rəhbərliyi ilə son illər görülmüş işlərə xalqın verdiyi qiymətin yüksək təzahürüdür.