Padar-Sabirabad avtomobil yolu yenidən qurulub
05.07.2018 [17:42]
Xəbərin mətni
Respublika əhəmiyyətli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsi əsaslı şəkildə yenidən qurulub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, 3-cü texniki dərəcəli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu 26 kilometrdir.