SİYASƏT


ATƏT PA-nın sessiyasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktına növbəti dəfə diqqət cəlb edilib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Berlində keçirilən 27-ci illik sessiyası davam edir. AZƏRTAC xəbər verir ki, ölkəmizin parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini Bahar Muradova başda olmaqla Azərbaycan qanunverici orqanının nümayəndə heyəti sessiyada iştirak edir.