Cinayətkarlar tezliklə qanun qarşısında cavab verəcəklər
11.07.2018 [20:01]
Xəbərin mətni
Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə iyulun 11-də vida mərasimi keçirilib.
Şəhid polis əməkdaşları - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov ilə Gəncənin Şəhidlər xiyabanında keçirilən vida mərasimində daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.