CƏMİYYƏT


Məhəmməd Hadi küçəsinin bir hissəsində təmir işləri yekunlaşdırılıb

Xətai rayonu, Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işləri davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, artıq küçənin 2.8 km-lik hissəsində işlər tam olaraq yekunlaşdırılıb. Hazırda küçənin kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir-tikinti işləri aparılır.