“Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total”ın iştirak imkanları müzakirə olunub
19.07.2018 [21:59]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.
AZƏRTAC–ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.