RƏSMİ


Azərbaycan ilə “SUEZ” qrupu arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışıldı. Azərbaycanın əhalisinin artdığını qeyd edən Prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini qeyd etdi.