SİYASƏT


Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr konstruktiv keçib

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında fəaliyyət planı var və həmin plana əsasən nazirliklər intensiv məsləhətləşmələr aparırlar. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Xarici İşlər Nazirliyi ilə informasiya təminatı mövzusunda keçirilən məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında deyib.