CƏMİYYƏT


Böyükşor gölünü iki hissəyə bölən yolun tikintisi davam edir - REPORTAJ

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir. Belə ki, 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir.