İDMAN


Paralimpiyaçı qızlarımız Rusiya səmasında

Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovun rəhbərliyi ilə idmançı və mütəxəssislərindən ibarət nümayəndə heyəti iyulun 25-dən 29-dək Rusiyanın Ryazan vilayətində keçirilən «HANDIFLYEuroChallenge-2018» 3-cü Beynəlxalq İdman Paraşütü Festivalında iştirak edib. Festivalda ölkəmizi paralimpiyaçı idmançılarımız - əlil arabası istifadəçiləri Aysel Əliyeva, Qəndaf Əkbərli və Mariya Samuylova təmsil edib. Onlar dörd dəfə 4000 metr hündürlükdən təyyarədən paraşütlə tullanıb. 31 idmançı arasında Mariya Samuylova ikinci dərəcədə altıncı yerə, Aysel Əliyeva dördüncü dərəcədə altıncı yerə və Gəndab Əkbərli yeddinci yerə sahib olub.