CƏMİYYƏT


Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı qərarının inflyasiyaya təsiri minimal olacaq

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib. Mərkəzi Bankın sədri deyib: Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüksəldici təsiri var. Düşünmürük ki, bu qərar bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8 faiz) kənarlaşdıra bilər. Hesab edirik ki, təsiri çox minimal olacaq.