CƏMİYYƏT


Ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir

Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Sözügedən yol Böyükşor gölünün üzərindən inşa edilir.