CƏMİYYƏT


Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb

Toxumçuluğun inkişafı sahəsində Türkiyə təcrübəsi Azərbaycan üçün çox önəmlidir. AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 3-də Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsinin “Türkiyənin toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi” mövzusunda birgə keçirdiyi praktik seminarda Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.