Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib
12.08.2018 [22:50]
Xəbərin mətni
Avqustun 12-də Aktauda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
x x x
Bununla da Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb.