SİYASƏT


NHK telekanalı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzlanması barədə məlumat yayıb

Bildirilir ki, avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Sənədə əsasən, hər bir ölkə sahildən 15 mil məsafədə ərazi sularına malik olacaq. Bundan əlavə, liderlər həmin ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq.