Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib
02.09.2018 [23:59]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.