Magistral yolun Gəndov-Quba hissəsinin bərpası sentyabrın sonunadək tamamlanacaq
03.09.2018 [15:49]
Xəbərin mətni
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Gəndov-Quba hissəsinin yenidən qurulması işləri sentyabr ayının sonuna kimi tamamlanacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 130-169-cu kilometrliyini əhatə edən yenidənqurma işləri çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq yolun Quba şəhərinin girişinə kimi olan hissəsinin asfaltlanması işləri yekunlaşmaq üzrədir.