CƏMİYYƏT


Yasamalda iki küçənin əsaslı təmiri yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda “Məhəmməd Xiyabani” küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və “A Keçidi” küçəsinin “Məhəmməd Xiyabani” və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir.