Aleksandr Lukaşenko öz tarlasından 42 ton qarpız və 60 ton kartof yığıb
06.09.2018 [14:12]
Xəbərin mətni
Belarus Prezidenti Aleksandr Lukaşenko işgüzar tədbirlərin başa çatmasından sonra sentyabrın 5-də öz tarlasından kartof və bostan məhsullarının yığımına başlayıb. Dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, yayın nisbətən quraq keçməsinə baxmayaraq, prezidentin sahəsindən xeyli kartof yığılıb – 1,5 hektardan 60 ton. Məhsul elə tarladaca çeşidlənib.
Dövlət başçısının bostan sahəsi də məhsuldarlığı ilə seçilib, belə ki, 1,6 hektardan 42 ton qarpız yığmaq mümkün olub.