CƏMİYYƏT


Çinin Şencen şəhərində Azərbaycanın investisiya imkanlarına dair təqdimat olub

Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş şəhərlərindən olan və ölkənin texnologiya mərkəzi hesab edilən Şencendə Azərbaycanın investisiya imkanlarına dair təqdimat olub. AZƏRTAC xəbər verir ki, Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının binasında təşkil olunan təqdimatda Şencen şəhəri və ümumilikdə Quandun vilayətinin, habelə Honqkonq Xüsusi İnzibati Rayonunun tanınmış şirkətlərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.