Hokkaydo adasında zəlzələ qurbanlarının sayı 30 nəfərə çatıb
08.09.2018 [15:47]
Xəbərin mətni
Yerli hökumət orqanlarının məlumatına əsasən, təbii fəlakət nəticəsində, həmçinin 400 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 9 nəfər isə hələ də itkin düşmüş sayılır.
Zəlzələdən zərər çəkən rayonlarda 31 min ev içməli su çatışmazlığı ilə üzləşib, 16 min nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.