Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib
Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitlə tanış olub

13.09.2018 [14:29]

Xəbərin mətni
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib. AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI