Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimi olub
Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib
16.09.2018 [16:14]
Xəbərin mətni
Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.