Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
18.09.2018 [20:09]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.