İQTİSADİYYAT


“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. AZƏRTAC xəbər verir ki, “Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib. Bu, “Ariane-5" raket daşıyıcısı üçün yubiley - 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – “Azerspace-2” və “Horizons 3e” var. İkincisi Yaponiyaya məxsusdur.