DÜNYA


İndoneziyada zəlzələ qurbanlarının sayı 2 min nəfəri ötüb

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 2010 nəfərə çatıb, təxminən 5 min nəfər itkin düşmüş sayılır. AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziyanın xilasetmə xidməti oktyabrın 11-də həlak olanların axtarışını dayandıracaq.