Mayorkada daşqınlar nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb
10.10.2018 [17:25]
Xəbərin mətni
Yerli KİV-lərin məlumatına görə, Mayorka oktyabrın 9-da başlayan leysan yağışların səbəb olduğu güclü daşqınların təsirinə məruz qalıb. Ada əhalisi təhlükəsiz rayonlara təxliyə edilir. Yüzlərlə sakin sığınacaqlara yerləşdirilib. Mağazalar, məktəblər bağlanıb.