DÜNYA


Beynəlxalq Məhkəmədə “İran işi” prosesi davam edir

Oktyabrın 10-da BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qaldırdığı vəsatət əsasında başlanan proses davam edib. AZƏRTAC xəbər verir ki, İran vəsatət qaldıraraq ABŞ-ı 2 milyard dolları mənimsəməkdə və 1955-ci ildə hər iki dövlət arasında imzalanan iqtisadi əməkdaşlıq və dostluq haqqındakı müqaviləni pozmaqda ittiham edir.