RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşıladılar.