Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı məktəblilərinin bir qrupunun Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub

20.10.2018 [19:37]

Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhəri ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına ekskursiyalarının təşkilinə başlanılıb və beynəlxalq fənn olimpiadaları qaliblərindən ibarət 30 nəfərlik ilk qrup oktyabrın 20-də parka gəlib.