RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Vladimir Kolokoltsevin Azərbaycana səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirərək, iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd etdi.