Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Son iclas” filmi Ankarada kinosevərlər tərəfindən böyük maraqla qarşılanıb

24.10.2018 [14:19]

Xəbərin mətni
Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə “Son iclas” filminin nümayişi keçirilib. Gecəyə rəsmi şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, paytaxt ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri qatılıblar.