SİYASƏT


Azərbaycanın Fransadakı səfiri Montoban şəhərinin meri ilə görüşüb

Bu il Azərbaycan ilk demokratik respublikanın 100 illiyini qeyd edir. Meriyamızda gender bərabərliyi var və bildirmək istəyirəm ki, müsəlman ölkəsi olan Azərbaycanda bir çox Avropa ölkələrindən, eləcə də Fransadan əvvəl qadınlara səsvermə hüququ verilib. AZƏRTAC xəbər verir ki, bu fikri Montoban şəhərinin meri Brijit Barej Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ilə görüşdə söyləyib.