Azərbaycan Prezidenti İlham Əliyev BMT baş katibinin müavinini qəbul edib
25.10.2018 [17:31]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs etdi, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışdı.