VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb
26.10.2018 [16:11]
Xəbərin mətni
“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 26-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Forumun Bəyannaməsi qəbul edilib.
Foruma yekun vuran mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, iki gün davam edən beynəlxalq tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib.