Prezident İlham Əliyev “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak edib
28.10.2018 [20:32]
Xəbərin mətni
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq aqroparkların yaradılması geniş vüsət alıb.