Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş kitabın Ankarada təqdimatı keçirilib

09.11.2018 [13:14]

Xəbərin mətni
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, təqdimatda rəsmi şəxslər, o cümlədən səfirlər, elm və mədəniyyət adamları iştirak ediblər. Əvvəlcə Azərbaycanla bağlı sənədli film nümayiş olunub.