Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tokioda Azərbaycan musiqiləri səslənib

12.11.2018 [19:04]

Xəbərin mətni
Tokioda “Azərbaycan musiqisi axşamı” keçirilib. Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın və yapon musiqiçi Kiyoşi Ohiranın tarda və sazda səsləndirdiyi milli musiqi nömrələri və bəstəkar mahnıları tamaşaçıların böyük marağına səbəb olub.