CƏMİYYƏT


“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir

Noyabrın 14-də “Bakı Ekspo Mərkəzi”ndə “Təbiəti dəyişmə, özünü dəyiş!” şüarı altında “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb. Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq əlaqələri qurmaq və təcrübə mübadiləsi aparmaqdır. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilir.