RƏSMİ


Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub

Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısına Ticarət Evində yaradılan şərait barədə məlumat verildi. Minskdə Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında açılıb.