MƏDƏNİYYƏT


TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi qala-konsertlə başa çatıb

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi Tokionun Mequro rayonunda yerləşən “Presimmon Hall” konsert zalında möhtəşəm qala-konsertlə başa çatıb. AZƏRTAC xəbər verir ki, türk dünyasını təmsil edən 12 ölkədən 50 artistin iştirakı ilə təşkil edilən konsert proqramı yapon tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.