RƏSMİ


Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2017-ci ildə Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının ən əsas idman obyektləri bu Kompleksin ərazisində yerləşir.