SİYASƏT


Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası İzmir Bəyannaməsinin qəbul olunması ilə başa çatıb

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil olub.