SİYASƏT


Ordumuzun mövqeləri 29 dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub. İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.